Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ziya Məmmədov: “Onu deyən qələt edir...”

"Bunun nə mənə, nə də mənim oğluma aidiyyatı var".

Yenixeber.org: Sabiq Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, "Garant-Holdinq”in prezidenti Anar Məmmədovun Bakıdakı 33 mərtəbəli hoteli ilə bağlı yeni məlumat yayılıb.

İnformasiyada qeyd olunur ki, ötən ilin aprelində yanğın baş vermiş və əvvəlki adı "Trump Tower Baku”, sonrakı adı isə "Yelkən hotel” olan binanın fasadı tam dəmir çərçivələrə alınıb. İddialara görə, bu həmin hotelin söküləcəyi ilə bağlı şübhələri artırır.

Sabiq Nəqliyyat naziri Ziya Məmmədov mövzu ilə bağlı açıqlama verib.

Sualı əsəbi qarşılayan Z. Məmmədov bildirib ki, xəbərlər şayiədir:

"Onu deyən qələt edir. Sökmürlər, qoy lap partlatsınlar. Nə otel, otel nədir? Mən ilk dəfədir eşidirəm bunu. Boş-boş şeylərlə özünüzün də vaxtını almayın, mənim də. Otel lap tutaq ki, kiminsə olub və söküblər? Bunun sizə nə dəxli var? Bunun nə mənə, nə də mənim oğluma aidiyyatı var”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam