Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Vaşinqton Moskvaya QƏTİ QƏRARINI bildirdi

 

Vaşinqton Moskvaya QƏTİ QƏRARINI bildirdi

Orta və yaxın mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxmaqla bağlı ABŞ-ın dəlilləri kasaddır.

Yenixeber.org: “RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin başçının müavini Sergey Ryabkov 9M729 raketi üzrə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqaviləni pozmur. Rusiyalı diplomat qeyd edib ki, Vaşinqton müqavilədən çıxamaq haqqında qərarının qəti olduğu barədə ikitərəfli diplomatik kanallarla Moskvaya xəbərdarlıq edib.

Qeyd edək ki, son illərdə Moskva və Vaşinqton müqavilənin pozulmasında bir-birini daim ittiham edir. Rusiya dəfələrlə bildirib ki, müqavilə üzrə öz öhdəliklərinə ciddi riayət edir. Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov qeyd edib ki, ABŞ-ın özünün müqavilənin icrası sahəsində ciddi suallar var. ABŞ isə hesab edir ki, 9M729 raketi müqavilə üzrə öhdəlikləri pozur.

Xatırladaq ki, müqavilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan tərəfindən 1987-ci ildə imzalanıb. Sənəd 500 kilometrdən 5500 kilometrə qədər ballistik və qanadlı nüvə raketlərinin istehsalını, həmçinin onların sınağını qadağan edir. Oktyabrın 21-də Donald Tramp Vaşinqtonun Orta və kiçik mənzilli raketlərin ləğvi haqqında Müqavilədən çıxacağını açıqladı. Onun sözlərinə görə, Rusiya qadağan edilmiş qanadlı raketləri istehsal etməyə və silahlanmaya qəbul etməyə davam edir.

ABŞ-ın dövlət katibi Mayk Pompeo dekabrın 4-də bildirib ki, müqavilənin icrasına qayıtmaq üçün Rusiyanın 60 gün vaxtı var. O əlavə edib ki, əgər bu olmasa, Vaşinqton müqavilə üzrə öhdəlikləri fevralın 2-də dayandıracaq.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam