Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bəşər Əsəd İsraili vuracaq

 

Bəşər Əsəd İsrailə hücum edəcək
Əgər BMT Təhlükəsizlik Şurası İsrailin Suriya ərazisindəki obyektlərə endirdiyi hava zərbələrilə bağlı tədbir görməsə və İsrail zərbələri dayandırmasa, onda cavab kimi Suriya da İsrailə hücum edərək Təl-Əviv hava limanına zərbələr endirəcək.
Yenixeber.org: Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri bu cür bəyanatla çıxış edib. 

“Ya Təhlükəsizlik Şurası İsrailin Suriya ərazisinə mütəmadi hücumlarının dayandırılması üçün zəruri tədbirlər görməlidir, ya da bu Şurada müharibə yaradanların diqqətini müvafiq məsələyə çəkmək üçün Dəməşq beynəlxalq hava limanına hücuma cavab olaraq özünümüdafiə qanuni hüququnu reallaşdırmaqla Suriya Təl-Əviv hava limanına zərbə endirməlidir”, - Cəfəri xəbərdarlıq edib. 

Qeyd edək ki, 21 yanvar gecəsi İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi hava zərbələri nəticəsində 4 suriyalı hərbçi ölüb. Qeyri-rəsmi məlumata görə, ölənlərin sayı 11 olub. Məsələ ilə bağlı rəsmi Dəməşq BMT-yə müraciət edib. Lakin İsrail rəhbərliyi bildirib ki, hücumlarda hədəf Suriyadakı İran hərbi obyekləri idi və zərbələr Colan təpələrinə raket hücumu cəhdinə cavab olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam