Redaktor seçimi
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
Günün xəbəri

Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz olacaq

 

Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz olacaq
Lüksemburqda 2020-ci ilin martın 1-dən etibarən bütün ictimai nəqliyyat vasitələri ödənişsiz olacaq. 
 Yenixeber.org: Bu barədə Lüksemburqun nəqliyyat naziri Fransua Bauş bəyan edib. Onun sözlərinə görə, 2020-ci ilin 1 martından başlayaraq ölkə əhalisi üçün avtobus, tramvay və şəhərətrafı elektrik qatarlarından istifadə pulsuz olacaq. 

“Bu, hərtərəfli nəqliyyat strategiyası tortunun üzərindəki gilasdır” – nazir deyib. Onu da vurğulayıb ki, yalnız şəhərətrafı qatarların birinci sinif vaqonlarında gediş ödənişli olaraq qalacaq. 

Qeyd edək ki, ictimai nəqliyyat vasitələrinin əhaliyə ödənişsiz rejimdə xidmət göstərməsi üçün Lüksemburq hökuməti hər il büdcədən 41 milyon avro ayıracaq. Ekspertlərə görə, hazırda cəmi 602 min əhaliyə sahib və onun da 48 faizinin əcnəbilərdən ibarət olduğu Lüksemburq kimi ölkələrdə ictimai nəqliyyatın pulsuz olması hansısa böyük iqtisadi çətinliklər yaratmır. Lakin çoxmilyonlu əhaliyə sahib ölkələrdə bu kimi təşəbbüslər ictimai nəqliyyatda sıxlıq, nəqliyyat vasitəsi çatışmazlığı və büdcədən böyük xərclər kimi problem yarada bilər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam