Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Novruz Məmmədov da hava ilə bağlı sərəncam verdi

Baş nazir Novruz Məmmədov sərəncam imzalayıb.

 

Yenixeber.org: Baş nazir Novruz Məmmədov Azərbaycan ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb.

Sərəncamda baş nazir bildirir ki, Azərbaycan Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatını və Təhsil Nazirliyinin təklifini nəzərə alaraq hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar olaraq 2019-cu il yanvarın 17-si və 18-i respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınsın.

Təhsil Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci hissəsinin icrası ilə bağlı lazımi tədbirlər görsün. Bu sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının rəhbərinə həvalə edilsin.

Qeyd edək ki, sərəncam imzalandığı gündən qüvvəyə minir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam