Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakı metrosu maşinist axtarır

“Bakı Metropoliteni” QSC maşinist peşəsi üzrə namizədlərin işə qəbulunu elan edir.

 

Yenixeber.org: Ərizələr fevralın 15-dək qəbul edilir

"Bakı Metropoliteni" Qapalı Səhmdər Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimini həyata keçirir. Seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

• yaşı 24-30 arasında olan;
• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə),eləcə də qadınlar iştirak edə bilərlər.

Seçim müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar. Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5 ay davam edəcək. İmtahanlar həm nəzəri, həm də praktiki məşğələlər üzrə keçiriləcək.

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq”bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar. Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir.

Elektron ərizələr 15 fevral 2019-cu il tarixinə qədər qəbul edilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam