Redaktor seçimi
Əhmədzadə və Rustəmov da xaricdə böyük biznesə malik imiş
Bir karyeranın sirri –
SOCAR-da yoxlamalar Mikayıl İsmayılovu bitirə bilər-
ÖLÜM TUNELİ - 2019:  
Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:
İşsiz müəllim yardım istəyir-
Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-
Lütvəli Babayev şəhid ailəsini təhqir edir-
Günün xəbəri

Xəbərdarlıq -Güclü külək əsəcək

Bəzi yerlərdə zəif duman olacaq

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə sabah hava əsasən yağmursuz keçəcək.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 10-14 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında

Yanvarın 11-i gündüzdən 12-si gündüzədək arabir güclənən cənub-qərb küləyi əsəcək.

Azərbaycanın rayonlarında

Yanvarın 11-i gündüz, 12-də qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar