Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Yerli serialların dili yoxlanılacaq

 

“Azərbaycan telekanallarında yayımlanan serialların dili ilə bağlı monitorinq aparılacaq”.
"Xeberinfo.com": Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib.
Onun sözlərinə görə, monitorinqlər gələn ilin mart ayından başlanacaq: “Serialların dili ilə bağlı monitorinq aparılacaq. Çünki bu çox ciddi məsələdir. Hazırda seriallara çox adam baxır və onların təsir imkanları var. Seriallarda dil materialı necə işlənir, dialoqlar necə qurulur, intonasiya hansı səviyyədədir və s. Bunların hamısı şifahi dilə daxildir və eləcə də kino dilinə verilən xüsusi tələblər var. Bundan sonra görəcəyik ki, bunlara necə əməl olunur? Hesab edirəm ki, mart ayından sonra bu monitorinqlər aparılacaq”.
Q.Məhərrəmli bildirib ki, Monitorinq şöbəsinin gücü çox da böyük olmadığı üçün indi serialların monitorinqi aparılmır.
“Monitorinq şöbəsinin gücü çox böyük deyil. Bu dəqiqə şöbə çox gərgin işləyir. Eyni zamanda bizim resurslarımız kifayət etmir ki, paralel olaraq bir neçə istiqamətdə monitorinq aparaq. Amma digər monitorinqlərimizlə yanaşı serialların dili ilə bağlı monitorinq aparılmasını biz planlaşdırırıq. Bunun üçün suallar hazırlanır. Çünki serialların dili ilə bağlı ilk dəfədir ki, biz monitorinq aparırıq. Ona görə də bu yüksək səviyyədə hazırlanmalıdır ki, bu sahədəki dil mənzərəsini ortaya çıxarda bilək”, - deyə Qulu Məhərrəmli əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam