Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Pentaqon zəmanət verdi-ABŞ-ın Suriyadan çıxmasına dair

 

  
Pentaqon ABŞ-ın Suriyadan çıxmasına dair zəmanət verdi
ABŞ qoşunlarının Suriyadan tamamilə çıxarılması üzrə heç bir konkret vaxt cədvəli yoxdur. Buna rəğmən, Vaşinqton Suriyada əbədi qalmaq fikrində deyil.
 Yenixeber.org: "Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli rəsmisi deyib. Bildirib ki, bu bəyanat İŞİD tam məhv edilməyənədək Suriyadan çıxmayacaqları ilə bağlı ABŞ-ın regiondakı müttəfiqlərinə verilən dəstək siqnalıdır. 

“Hərbi qüvvələrimizi Suriyadan çıxarmaq üçün vaxt cədvəlimiz yoxdur. Biz qoşunlarımızı Suriyadan elə formada çəkəcəyik ki, bu müddət ərzində biz və tərəfdaşlarımız İŞİD-ə təzyiqləri saxlaya bilək və terrorçular üçün heç bir boşluq açmayaq. ABŞ Suriyadakı hərbi iştirakını əbədi saxlamaq niyyətində deyil” , - deyə ABŞ rəsmisi bəyan edib. 

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın qoşunların Suriya ərazisindən tam çıxarılması prosesi üçün 4 ay vaxt verməyə razılaşdığı barədə xarici KİV-lərdə xəbərlər yayılmışdı. Lakin Tramp özü həmin məlumatları təkzib edərək, qeyri-müəyyən müddətə Suriyadan çəkiləcəklərini və kürdlərə dəstəyi davam etdirəcəklərini deyib. Suriyadan çəkilmək planını müzakirə etmək üçün bu gündən etibarən İsrail və daha sonra Türkiyəyə səfərində Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonu müşayiət edəcək Ağ Ev rəsmisi isə “Reuters”ə bildirib ki, Tramp Suriyadakı ABŞ missiyasının bir neçə həftə ərzində tamamlana biləcəyinə dair Pentaqondan zəmanət alıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam