Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Kürdlərdən Ankaraya ultimatum - Silahları geri verməyəcəyik!

 

Kürdlərdən Ankaraya ultimatum - Silahları geri verməyəcəyik!
Suriyanın şimalına nəzarət edən YPG silahlı kürd birləşməsi ABŞ-ın onlara verdiyi silahları geri qaytarmayacaqlarını bəyan edib.
 Yenixeber.org: Bu barədə YPG-nin komandiri Nuri Mahmud “Al-Hadath” telekanalına açıqlamasında deyib. 

Onun sözlərinə görə, kürdlər yalnız Suriyada siyasi nizamlanmaya nail olunduqdan sonra əllərindəki silahlarını təhvil verəcəklər. Mahmud həmçinin, İŞİD-in hələ məhv edilmədiyini və bu səbəbdən də, onlara verilən silahın İŞİD-lə mübarizə üçün lazım olduğunu vurğulayıb. 

O, Türkiyənin Menbiç və Fəratın şərqinə doğru planlaşdırdığı yeni hərbi əməliyyatlardan qorunmaq üçün Bəşər Əsədin ordusundan kömək istədiklərini də təsdiqləyib. 

Suriya Demokratik Qüvvələrinin onurğasını təşkil edən YPG heç vaxt Bəşər Əsədin hökumət qüvvələri ilə düşmən olmayıb. O ki qaldı ABŞ-ın bizə verdiyi silahlara, kürdlər həmin silahları yalnız İŞİD terrorçularına qarşı müharibədə istifadə ediblər. Hazırda Suriyanın İraqla sərhəddindəki Hacin rayonunda İŞİD-ə qarşı bu müharibə davam edir” – Mahmud deyib. 

Bundan əvvəl isə YPG bəyan etmişdi ki, Türkiyənin yeni əməliyyatlarının qarşısını almaq üçün nəinki Menbiç, hətta Fəratdan şərqdəki ərazilərə də Suriya ordusunu dəvət edəcəklər. 

Qeyd edək ki, prezident Donald Trampın təlimatına uyğun olaraq ABŞ qoşunlarının planlı şəkildə Suriyadan çıxarılması ilə məşğul olan amerikalı komandirlər də Vaşinqtonun kürd birləşmələrinə verdiyi silahların geri alınmamasını tövsiyə ediblər. 

Xatırladaq ki, Ankara YPG-ni PKK terror təşkilatının Suriyadatkı qolu hesab edir və Vaşinqtonun kürd terrorçularına silah ötürməsini dəfələrlə qınayıb. Prezident Rəcəb Tayyip Ərdoğan bildirib ki, kürdlər ABŞ-dan aldığı silahları İŞİD-ə yox, Türkiyəyə qarşı hücumlarda istifadə edirlər. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam