Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bakı-Gəncə-Bakı sürət qatarı yola düşdü: ilk sərnişinlər... -Foto

 

Bu gün saat 9:00-da Bakı-Gəncə-Bakı qatarı ilk dəfə olaraq Gəncəyə yola düşüb.

Yenixeber.org: Qatarla ilk səfəri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, deputatlar və jurnalistlər edirlər.

"Stadler" şirkətinin istehsalı olan qatar 159 kilometr/saat sürətlə hərəkət edəcək. Sərnişinlər VIP və biznes sinif vaqonlardan istifadə edə biləcək. Hər bir vaqon kiçik mətbəx, soyuducu və simsiz internetlə təchiz olunub.

Onu da qeyd edək ki, Bakı-Gəncə-Bakı sürət qatarı hər ayın cüt tarixlərində Bakıdan, tək tarixlərində isə Gəncə şəhərindən saat 09:00-da yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir.

Sərnişinlərin nəzərinə çatdırılır ki, qatarın Biləcəri, Yevlax və Goran stansiyalarında dayanacaqları mövcuddur. 4 vaqondan ibarət qatarda Birinci class (9 yer), Biznes (62 yer) və Standart (296 yer) olmaqla, cəmi 367 oturacaq yer var. Gediş biletləri dəmiryol kassalarında və internet saytında onlayn satılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam