Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

Berdiməhəmmədov İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

 

 
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.
 Yenixeber.org: Təbrik mətnində deyilir: "Hörmətli İlham Heydər oğlu. 

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. 

Bu gün qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə həyatın bütün sahələrində tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Ölkənin daxili və xarici siyasətindəki inamlı uğurlar Sizin adınızla ayrılmaz surətdə bağlıdır. 

Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, hazırda Türkmənistan ilə Azərbaycan Respublikası arasında münasibətlər yeni məzmun kəsb etməkdədir. Bu yaxınlarda Sizin Türkmənistana rəsmi səfəriniz qardaş xalqlarımız arasında dostluq tellərinin möhkəmlənməsi, ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının dərinləşməsi yolunda mühüm mərhələ oldu. Qəti əminəm ki, bizim birgə səylərimizlə Türkmənistan-Azərbaycan qarşılıqlı əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcəkdir. 

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, habelə qardaş Azərbaycan Respublikası xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar arzulayıram". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam