Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İdarə rəhbərinə xəbərdarlıq:bir neçə müdir töhmət aldı

 

Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən bəzi qurumlar tərəfindən paytaxtın bir sıra uşaq bağçalarına standartlara uyğun olmayan ərzaq verilib.

Yenixeber.org: Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumata görə, BŞİH-in və Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin əməkdaşları müxtəlif uşaq bağçalarında olub, həmin ərzaqların qida hazırlanmasına verilməsinin qarşısı alınıb, onların tam şəkildə geri qaytarılaraq yerinə keyfiyyətə uyğun ərzaqlarla əvəz olunması təmin edilib.

Məsələnin ciddiliyi nəzərə alınaraq şəhər icra hakimiyyətində operativ müşavirə keçirilib, məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatının vəziyyətinin yerində araşdırılması üçün Komissiya yaradılıb, bu işlərdə prinsipiallıq göstərməyən bir neçə bağça müdirəsinə töhmət verilib, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbərliyinə ciddi xəbərdarlıq edilib. Müşavirədə xüsusi olaraq qeyd olunub ki, uşaqlar hər zaman ən keyfiyyətli ərzaqlarla təmin olunmalı və bu məsələlərə çox ciddi nəzarət edilməlidir. Bununla əlaqədar Yeni il ərəfəsində bağçalara verilən ərzaqların keyfiyyəti və çeşidlərinin artırılması üçün əlavə tədbirlər görülür.

Eyni zamanda, Bakı şəhərindəki məktəbəqədər təhsil müəssisələrinin ərzaq təminatını həyata keçirən qurumların rəhbərləri şəhər icra hakimiyyətinə dəvət olunaraq məsələ ilə bağlı xəbərdarlıq edilib.

Hazırda Komissiya tərəfindən bağçalardakı ərzaqların keyfiyyətinin yoxlanılması ilə bağlı reydlər keçirir.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam