Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıya yeni avtobuslar gətirildi -Foto

 

Xaliq Faiqoğlu MMC avtobus parkının müasir və ekoloji standartlara cavab verən yeni avtobuslarla yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığa başlamış və 14 dekabr 2018-ci il tarixində əməkdaşlıq proqramı çərçivəsində alınması nəzərdə tutulan 70 avtobusun ilk hissəsi Bakıya gətirilib.

Yenixeber.org: MMC-dən verilən məlumata görə, AYİB ilə əməkdaşlıq çərçivəsində Türkiyənin “Anadolu İsuzu” şirkətinə sifariş edilmiş “İsuzu Citiport” markalı avtobuslar Avropanın ən komfortlu və erqonomik avtobusu hesab edilir. 2019-cu ilin model i olan 12 metrlik (üçqapılı) bu nəqliyyat vasitələri Avro 6 emissiyalıdır. Avtobuslar sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait o cümlədən USB portlar, fiziki məhdudiyyətli insanlar üçün pandus və isitmə-soyutma sistemləri ilə təchiz olunub. Eleqant interyerə malik olan avtobuslar öz seqmentində liderdir və sərnişinlərin rəğbətini qazanmışdır. Qeyd edək ki, ətraf mühitin dostu hesab edilən bu nəqliyyat vasitələri bütün ekoloji standartlara cavab verir və AYİB kimi nüfuzlu maliyyə qurumunun bu layihəni maliyyələşdirməsində əsas məqsəd məhz Bakı şəhərində ətraf mühitin qorunmasıdır.

“Xaliq Faiqoğlu” şirkəti ilə AYİB arasındakı kredit sazişi əsasında sifariş verilmiş avtobusların qalan hissəsi 2019-cu ilin ilk aylarında hissə-hissə Bakı şəhərinə gətiriləcək.(axar)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam