Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Müxalifət və polis arasında qarşıdurma baş verib-Gürcüstanda

 Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) tərəfdarları ilə polis əməkdaşları arasında Qurcaani rayonunda qarşıdurma baş verib.

Yenixeber.org: Yerli büromuzun xəbərinə görə, buna səbəb Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin inauqurasiya mərasimi ilə bağlı Telavi şəhərinə gedən yolun bağlanmasıdır.

Müxalifətçilər Telavi şəhərində aksiya keçirmək məqsədilə avtomobil karvanları ilə yola çıxıb. Polis onlara Telavi şəhərinə başqa yoldan istifadə etməklə getmələrini təklif etsə də, aksiya iştirakçıları buna razı olmayıb.

VMHP-nin üzvləri polis kordonunu avtomobillərlə yarmağa cəhd edib. Prezidentliyə namizəd olmuş Qriqol Vaşadze də hadisə yerindədir.

Hazırda polis Telavi şəhərinə gedən yolu avtobuslarla bağlayıb. Aksiya iştirakçıları avtobuslardan birini aşırmağa cəhd edilər. Onlar avtobusun şüşələrini sındırıblar.

Qeyd edək ki, Gürcüstanın birləşmiş müxalifəti Telavidə prezidentin andiçmə mərasiminin keçiriləcəyi yerin yaxınlığında prezident seçkilərinin nəticələrinə etiraz olaraq dinc aksiya keçirməyi planlaşdırır. Gürcüstanın Daxili İşlər Nazirliyi andiçmə mərasimi ilə bağlı Kaxeti bölgəsi istiqamətində avtomobillərin hərəkətinə müvəqqəti məhdudiyyət qoyub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam