Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Rus bazası Ermənistan üçün təhlükəyə çevrilir”- Erməni mətbuatı

"Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının əsgəri erməni qadını öldürdü".

Yenixeber.org: "Amma o, bu cinayətə görə təqsirləndirilmir, lakin insanların səbri də kifayət qədər çox deyil".

Bu barədə Ermənistanda nəşr olunan “Asparez” qəzeti məqalə dərc edib.

Məqalə müəllifi Levon Barseqyan qeyd edir ki, hərbi bazanın fəaliyyəti barədə Ermənistanın hakimiyyət orqanları məlumatlandırılmalıdır:

“Lakin bu illər ərzində rus həbçilərinin bu kimi özbaşınalıqlarına göz yumulur və bazanın fəaliyyəti gizli saxlanılır. Nəticədə isə rusların icazəsiz hərəkətləri hər il ən azı bir belə cinayətin baş verməsinə gətirib çıxarır. Heç kəs erməni qadını öldürən rus əsgərin yaxasından tutub bunu nə üçün etdiyini soruşmadı. Dövlət orqanlarının rəsmiləri və məmurlar bu barədə soruşanda “hər şey yaxşıdır” deyirlər. Çirkinlik yuvası olan hərbi baza Gümrü sakinləri üçün əsl təhlükəyə çevrilib.

Məsələn, 1998-ci ildə bazarda pulemyotlarla iki adam vurularaq öldürüldü, 14 nəfər yaralandı. Ermənistan məhkəməsi isə bu cinayətdə əli olan rus hərbçilərin Rusiyaya göndərilməsi haqda qərar verdi. 2013-cü ildə bölgədə baş vermiş partlayış nəticəsində iki uşaq öldü. Lakin yenə də heç kəs səsini çıxarmadı. 2015-ci ildə Avetisyan ailəsinin bir üzvü qətlə yetirildi və əsgər bazada mühakimə edilərək, Rusiyaya aparıldı.

Ötən illərdə bazanın hərbi qulluqçularını əhatə edən çoxlu cinayətlər baş verib: sərxoş rus döyüşçüləri, qəzalar, Ermənistan vətəndaşlarına dəymiş maddə zərər, hərbi baza ətrafında tapılan cəsədlər və s...”.

Levon Barseqyan yazır ki, Ermənistanın yeni hakimiyyəti gələcəkdə bu kimi cinayətlərin baş verməsinin qarşısını ala biləcək proqram hazırlamasa, vəziyyət daha da daramatik hal alacaq:

“Rusiya rəsmilərini dəvət edib məsələni müzakirə etmək və ölçü götürmək lazımdır. Əks halda, bu nifrəti və intiqam hislərini gücləndirəcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının əsgəri süpürgəçi qadını qətlə yetirib. Hərbçi mühakimə olunmaq üçün Rusiyaya aparılıb. Bu, bölgədə etirazlara səbəb olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam