Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

2011-ci ildən bəri ilk parlament seçkiləri keçiriləcək- Tailandda

 

2019-cu il fevralın 27-də Tailandda 2011-ci ildən bəri ilk dəfə olaraq ümumi parlament seçkiləri keçiriləcək.

Yenixeber.org: Bunu Tailand milli seçki komissiyası sədrinin müavini televiziyada çıxışı zamanı bildirib.

Ölkədə 2011-ci ildə keçirilən sonuncu demokratik seçkilər nəticəsində Tailand tarixində ilk qadın baş nazir Yinqlak Çinavatın başçılıq etdiyi hökumət hakimiyyətə gəlib. 2014-cü ildə kütləvi etiraz aksiyaları və küçə ixtisasları fonunda quru qoşunlarının komandanı general Prayut Çan-Oça milli barışıq şüarı ilə ölkədə hərbi çevriliş edib və qanunvericilik səlahiyyətlərinə malik hərbi hökumətin başına keçib. Konstitusiya ləğv olunub və onun əvəzində müvəqqəti əsas qanun işə salınıb. Daha sonra isə təyin olunan deputatlardan ibarət müvəqqəti parlament və nazirlər kabineti yaradılıb. Həmçinin ölkədə bütün növ siyasi fəaliyyətə qadağa qoyulub.

Hərbi hökumətin rəhbəri general Prayut Çan-Oçanın əmri ilə siyasi fəaliyyətə qoyulan qadağa bu gündən etibarən ləğv olunub. Əmrdə bildirilir ki, fevralın 24-nə təyin edilmiş parlament seçkiləri ilə əlaqədar siyasi mitinq və yığıncaqlara, siyasi partiyaların qurultaylarına, təşviqat tədbirlərinə, KİV-də çıxışlara və siyasi fəaliyyətin digər aspektlərinə aid olan bütün qadağalar aradan qaldırılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam