Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Vladimir Putin ABŞ-ın OYMRM üzrə şərtlərinə münasibət bildirib

 

 

 Rusiya Orta və Yaxın Mənzilli Raketlərin ləğv edilməsi üzrə Müqavilənin (OYMRM) pozulmasının əleyhinədir, ancaq ABŞ-ın onun icrasını dayandırmasına cavab verməli olacaq.

Yenixeber.org: "RİA Novosti" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Mayk Pompeo tərəfindən bu məsələ ilə bağlı səslənidirlən fikirlərə şərh verərkən bildirib.

Onun sözlərinə görə, Amerika Konqresi OYMRM haqqında qərarının açıqlanmasından əvvəl müvafiq raketlərin yaradılması üçün pul ayırıb.

"Yəni qərar çoxdan qəbul edilib, amma bunu sakitcə ediblər. Düşünürdülər ki, bunu görməyəcəyik. Amma Pentaqonun büdcəsində artıq bu raketlərin hazırlanması yer alıb. Onlar yalnız bundan sonra müqavilədən çıxdıqlarını elan ediblər", - V.Putin deyib.

Rusiya Prezidenti müqavilənin pozulacağı halda, buna cavab verəcəklərinə söz verib: "Sayları, yəqin ki, artıq onlarla olan bir çox başqa ölkələr belə silahlar istehsal edir. Rusiya və ABŞ isə bir-birlərini ikitərəfli qaydada məhdudlaşdırıb. Görünür, indi amerikalı tərəfdaşlarımız vəziyyətin çox dəyişdiyini, ABŞ-ın da belə silahlara malik olmasının zəruriliyini hesab edirlər. Cavabımız nə olacaq? Çox sadə: o zaman biz də bunu edəcəyik".(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam