Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Yol polisləri hamilə qadını xilas etdilər- FOTO

    

Yol polisləri hamilə qadını xilas etdilər - FOTO
Dünən gecə saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Yenixeber.org: DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, Zərdab rayon sakini Cavid Misafirli idarə etdiyi avtomobili ilə öz yaxın qohumunu xəstəxanaya apararkən qəzaya uğrayıb. Dərhal hadisə yerinə gələn Mingəçevir Şəhər Polis Şöbəsinin DYPB-nin əməkdaşları Samir Sultanov və Samir Cabbarlı hamilə qadının avtomobilin salonunda köməksiz vəziyyətdə qaldığını görüblər. 

Ona dərhal kömək edib başqa bir avtomobilə əyləşdirib, YPX-nin avtomobilləri ilə müşayiət etməklə onu vaxtında xəstəxanaya çatdırıblar. Həkimlər ona vaxtında köməklik göstərib və oğlan uşağı dünyaya gəlib. Qadının yaxın qohumları göstərilən köməkliyə görə yol polisi əməkdaşlarına öz minnətdarlıqlarını bildirib və uşağa da adaş olan hər iki polis əməkdaşlarının şərəfinə Samir adı qoyulacağını deyiblər. Hazırda ana və övladının vəziyyəti qənaətbəxşdir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam