Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

MKİ-dən şok:Salman Qaşıqçının ölüm əmrini...

Mərkəzi Kəşfiyyat idarəsi (MKİ) Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın müxalif jurnalist Camal Qaşıqçının qətli ilə məşğul olan qruplaşmaya nəzarət edən şəxsə göndərdiyi 11 mesajın içərisində öldürmə əmrinin ola biləcəyini açıqlayıb.

Yenixeber.org: MKİ-nin məlumatına əsasən, Məhəmməd bin Salman sözügedən mesajları Səud əl-Kahtani adlı şəxsə göndərib.

Kahtaninin Qaşıqçını öldürən 15 nəfərlik qruplaşmaya nəzarət etdiyi, eyni zamanda komandanın İstanbuldakı lideri ilə ünsiyyət qurduğu bildirilib. Sənəddə həmçinin şahzadə Salmanla Kahtani arasındakı yazışmanın məzmununun bəlli olmadığı qeyd edilib.

MKİ-nin araşdırmasına görə, sözügedən qrupun Salmanın icazəsi olmadan hər hansı bir əməliyyat planlaşdırmasının mümkün olmadığı bildirilib.

Qeyd edək ki, Səud əl-Kahtani xüsusilə şahzadə Salmanın vəzifəyə gəlməsindən onra Səudiyyə Ərəbistanının yeritdiyi siyasəti mənimsəyən vacib şəxslərdən biri kimi tanınır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam