Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tramp Buş ailəsinə başsağlığı verdi

    

Tramp Buş ailəsinə başsağlığı verdi
ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya ölkənin 41-ci prezidenti olmuş böyük Corc Buşun vəfatı ilə əlaqədar onun ailə üzvlərinə başsağlığı veriblər.
 Yenixeber.org: Bu barədə tvitter səhifəsində yazan Tramp Buşu amerikalı gənc nəsli ilhamlandıran lider adlandırıb.

“Melaniya və mən sabiq prezident böyük Corc Buşun həyatdan köçməsi ilə əlaqədar xalqın kədərinə qoşuluruq. Böyük Buşun vəfatı üzündən ürəklərimiz ağrıyır və 41-ci prezidentin həyat və irsinə hörmət edərək biz Amerika xalqı ilə birlikdə Buş ailəsinə öz dualarımızı göndəririk “ - Tramp bildirib. 

Donmald Tramp həmçinin vurğulayıb ki, Buş əsl realizmi, qarşısındakını tərksilah edən iti ağlı və inancına, ailəsinə və ölkəsinə münasibətdə sarsılmaz sadiqliyi ilə amerikalı nəsilləri dövlət qulluğunda xidmət etməyə ilhamlandırıb: “Böyük Buş görkəmli liderlik keyfiyyətlərinə malik idi və ölkəni onilliklərlə çiçəklənməyə gətirdi" - Tramp əlavə edib. 

Qeyd edək ki, ABŞ-ın sabiq 41-ci prezidenti böyük Corc Buş 95 yaşında dünyasını dəyişib. 1989-1993-cü illərdə ABŞ prezidenti olan siyasətçinin arvadı Barbara Pirs isə bu ilin əvvəlində dünyasını dəyişib. Onun böyük oğlu - Kiçik Corc Buş ABŞ-ın 43-cü prezidenti olub, digər oğlu Ceb Buş isə Floridanın qubernatoru postunu tutub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam