Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Millət vəkili qanunsuz reklam dövriyyəsi haqında danışdı

 

Millət vəkili Vahid Əhmədov: “Reklam müqavilələrində kommersiya sirri aradan qaldırılacaq”

 

"Xeberinfo.com":  Reklam haqqında qanun 1994-cü ildə qəbul olunub. Bu müddət ərzində mədəni, humanitar, ictimai-siyasi həyatda böyük dəyişikliklər baş verib və ölkə iqtisadiyyatında güclü inkişaf olub. 
Bunu "Reklam haqqında” yeni qanun layihəsinin müəllifi, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, indi ölkədə reklam bazarı, faktiki olaraq, pis vəziyyətdədir: "Təsəvvür edin ki, Azərbaycanın reklam bazarının ümumi dəyərinin dövriyyəsi 60 milyon manatdır. Büdcəyə isə cəmi 26 milyon manat pul ödənilir. Amma bizim hesablamalarımıza görə, dövriyyə, hardasa 500 milyon manatdan yuxarıdır. Yəni burda gizli iqtisadiyyatın çaları var; kölgə reklamları olur, reklamlardan gələn gəlirdən dövlət büdcəsinə vergi ödənilmir və sairə bu kimi hallar olur.
İkincisi də, ölkədəki reklamların vəziyyəti acınacaqlıdır. İlk növbədə, dil məsələsi həll olunmalıdır. Yəni Azərbaycan dili birinci olmalıdır, lakin sonra digər əcnəbi dillərdə ola bilər. Yeni qanunda belə nəzərdə tutulur. Amma bir nüans da var ki, əcnəbi dildəki reklamlar Azərbaycan dili şriftlərindən böyük olmamalıdır, onlardan kiçik olmalıdır. Həm də yazılışda orfoqrafik, qrammatik səhvlərə yol verilməməlidir".
V. Əhmədov internet vasitəsi ilə həyata keçirilən reklamların da yeni qanunda öz əksini tapdığını bildirib: "İndiki dövrdə informasiya texnologiyaları inkişaf edib, internet hamımızın həyatında mühüm rol oynayır. İndi də başlayıblar SMS-lərlə alver eləməyə, insanların sağlamlığına zərər vuran müəyyən hadisələr baş verir. Bu da qanunda öz əksini tapıb. Yalnız ikitərəfli müqavilələr olduğu halda, sən internet vasitəsi ilə ticarət əlaqəsi yarada bilərsən. Müqavilən olmasa, bu, qeyri-qanuni sayılacaq. Həmçinin yeni qanunda küçə reklamı, nəqliyyatda reklamlar da tənzimlənəcək". 
Millət vəkili sonda onu da vurğulayıb ki, yeni qanunda, həm də televiziya reklamlarına dövlət nəzarəti olacaq: "Artıq reklam müqavilələrində kommersiya sirri deyə bir anlayış olmayacaq. Axı necə gizlin ola bilər ki, sən dövlətin ərazisində fəaliyyət göstərirsən, müqavilə bağlayırsan, amma adını gizlin qoyursan. Sən bu ölkənin ərazisində fəaliyyət göstərirsənsə, o fəaliyyətə əsasən vergi ödəməlisən. Vergi ödəmirsənsə, demək, qeyri-qanunidir bunlar hamısı. Bu, ölkədə fəaliyyət göstərən telekanallara da şamil olunacaq Yeni reklam qanununda bunlar öz əksini tapacaq". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam