Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Azərbaycan Qlobal Fondun komitəsinə sədrlik edəcək

Azərbaycan ilk dəfə olaraq növbəti 2 il ərzində QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun komitəsinə sədrlik edəcək.

"Xeberinfo.com": Bu barədə APA-ya Qlobal Fondun aparıcı üç komitəsindən birinə-Maliyyə və İnzibati İdarəetmə komitəsinə 2 il müddətində sədrlik edəcək Səhiyyə Nazirliyinin Azərbaycanda beynəlxalq layihələr üzrə ölkə əlaqələndirmə komissiyasının sədr müavini Soltan Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, noyabrın 21-22-də İsveçrənin Cenevrə şəhərində Qlobal Fondun Direktorlar Şurasının növbəti iclası keçirilib. S.Məmmədov qeyd edib ki, dünyanın bütün ölkələrindən olan 200 nəfərdən çox insanın iştirak etdiyi iclasda 2015-2017-ci illərdə Qlobal Fondun dünyanın 140-dan çox ölkəsi ilə QİÇS, vərəm və malyariya xəstəliklərinə qarşı mübarizədə əməkdaşlıq siyasəti, maliyyələşdirmə mexanizmi, əməkdaşlıq üçün yeni hüquqi platforma və digər vacib protokol və strateji sənədlər müzakirə olunaraq şura tərəfindən təsdiqlənib: “Azərbaycan hazırda bütün regionda maliyyə davamlılığını təmin edən nümunəvi ölkədir. Qlobal Fond 2016-2018-ci illərdə Azərbaycanda Səhiyyə və Ədliyyə nazirlikləri ilə əməkdaşlığını davam etdirəcək. Qobal Fond QİÇS, vərəm və malyariya xəstəlikləri ilə mübarizədə ölkələrə illik olaraq 4 milyard dollardan çox maliyyə yardımı göstərir. Hazırda Qobal Fondun maliyyə dəstəyi ilə 7 milyona yaxın insan antiretrovirus müalicə ilə təmin olunub, 12 milyondan çox ilkin vərəm xəstəsi aşkarlanıb və müalicəyə cəlb olunub. Malyariya ilə mübarizə üçün 410 milyon  miçətkən paylanıb. Qlobal Fond ölkələrdə bu xəstəliklərlə mübarizədə səhiyyə sisteminin gücləndirilməsi tədbirlərinə daimi olaraq prioritet məsələ kimi baxır və həyata keçirilən tədbirlərin hər zaman ölkənin mövcud milli strategiyasına qaynaqlandığını əldə olunacaq uğurun əsas təminatçısı kimi qəbul edir”.

Qeyd edək ki, QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond 2002-ci ildən başlayaraq dünyanın 140-dan çox ölkəsinə bu xəstəliklərə qarşı mübarizədə 30 milyard ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. Azərbaycanda Səhiyyə və Ədliyyə nazirlikləri 2005-ci ildən başlayaraq Qlobal Fondla üç xəstəliyə qarşı mübarizədə əməkdaşlıq edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam