Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Almaniya Səudiyyə Ərəbistanının 18 rəsmisinə sanksiya tətbiq edib-"Jurnalist Camal Qaşıqçı işi"

 

 

 Jurnalist Camal Qaşıqçının öldürülməsi ilə əlaqədar Səudiyyə Ərəbistanının 18 vəzifəli şəxsinin Almaniyaya səfəri qadağan edilib. 

Yenixeber.org: “THMHaber”ə istinadən

Bir müddət əvvəl Almaniyanın Kansleri Angela Merkel indiki şəraitdə Səudiyyə Ərəbistanına silah ixrac etmələrinin mümkün olmadığını bildirmişdi.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında C.Qaşıqçı cinayət işini aparan prokuror qətllə bağlı ittiham olunan 11 şübhəlidən 5-nin edam olunmasını istəyib.

Xatırladaq ki, “Vaşinqton post” qəzetinin əməkdaşı C.Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülüb. İndiyədək onun meyiti tapılmır.

C.Qaşıqçını öldürmək üçün Türkiyəyə gələn 15 nəfərdən biri qısa müddətdən sonra telefon danışğında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “Patronunuza söyləyin, adamlar işlərini bitirdi”.

Bu arada “Vaşinqton post” qəzeti də jurnalistin öldürülməsi əmrini Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman verdiyi barədə məlumat yaymışdı.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?