Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

TRAMP XÜSUSİ PROKURORUN SUALLARINI CAVBLANDIRDI –Müller Amerika prezidentini küncə sıxıb

Prezident Donald Tramp deyir ki, o, xüsusi prokuror Robert Müllerin yazılı suallarına “çox asanlıqla” cavab verib, lakin onun yalanını üzə çıxarmaq üçün “hiyləgar” sualların hazırlandığını da söyləyib.

Yenixeber.org: “Bütün suallar cavablandırılıb”, – Tramp şənbə günü Ağ Evdə müxbirlərə bildirib və deyib ki, onun cavabları çox yaxında Müllerin komandasına təqdim olunacaq. “Biz bunu gələn həftə edəcəyik”, – o söyləyib.

Bir gün öncə prezident 2016-ci il prezident seçkisinə müdaxilə və Moskva ilə Tramp kampaniyası arasında mümkün əlaqələrlə bağlı istintaqa istinadən deyib: “Pis niyyətli insanların suallarını cavablandıranda hər zaman diqqətli olmaq lazımdır”.

Müller Rusiya ilə əlaqə məsələlərində yazılı cavabları qəbul edəcəyinə işarə edib. Trampın vəkili Rudi Culianidəfələrlə prezidentin Müllerin ədalətin əngəllənməsi ilə bağlı suallarına cavab verməyəcəyini deyib.

Xüsusi prokurorla danışıqların aparıldığı aylarda Trampın vəkiləri prezidentə üz-üzə sualları cavablandırmaq əleyhinə məsləhət verib.

Müllerin bir il yarımdır daima edən istintaqı çərçivəsində Trampın ən yüksək müşavirlərinin bəziləri ittiham olunub və günahkar tanınıb. Bu arada isə xüsusi prokuror Ağ Evlə prezidentin ifadə verib-verməyəcəyi ilə bağlı uzun danışıqlar aparıb.

Vəkili ilə bir neçə saat keçirməsinə baxmayaraq, Tramp cümə günü təkidlə söyləyib: “Vəkillərim cavabları yazmır, cavabları mən yazıram”.

Trampın hadisələrin gedişatından “razı” olduğunu söyləməsinə baxmayaraq, onun bu həftə “Twitter”də yerləşdirdiyi mesajlarında prezidentin məyusluğu açıq-aşkar hiss olunub.

Ara seçkilər ərəfəsində diqqət Müllerin istintaqından bir az yayılsa da, indi artıq Vaşiqntonda müzakirə olunan əsas məsələlərdən birinə çevrilib.

Prezident bağlı qapılar arxasında Müllerin onun yaxın çevrəsinə, xüsusilə də böyük oğlu ilə bağlı yaxın araşdırma apardığına dair narahatlığını dilə gətirib.

Ağ Evə yaxın respublikaçının sözlərinə görə, Tramp aylardır yaxın çevrəsinə oğul Donald Trampın 2016-cı ilin iyun ayında Tramp Qülləsində Kremllə əlaqəsi olan vəkillərlə görüşəndən sonra müstəntiqlərə həqiqəti söyləmədiyinə görə qanunu pozduğundan narahat olduğunu söyləyib.

Bəzi rəsmilər və Respublikaçıların dediyinə görə, Tramp həmçinin Senatdakı düşməni Arizona senatoru Ceff Fleykin xüsusi prokuroru qoruyacaq qanun layihəsi təqdim etmək səyləri ilə bağlı narazılığını dilə gətirib.

“Amerikanın Səsi”

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?