Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Əli Kərimli ilə Cəmil Həsənli saxlanıldı- Milli Şura sədrinin halı pisləşdi


Bu gün Şəhidlər Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.
Yenixeber.org: Bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.
Ə.Kərimli və onun tərəfdarları Milli Dirçəliş Günü ilə əlaqədar təntənəli yürüş edib və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.
Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.
Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.
***
Virtualaz.org xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin binasına təcili yardım maşını yaxınlaşıb.
Bəzi məlumatlara görə, Cəmil Həsənlinin halı pisləşib. 
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?