Redaktor seçimi
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Samir Şərifovun Zərdabdakı kadrına ittiham-
“Canavar imkanı”-
“Qatil klinika” adı qazanan “Modern Hospital”:
NEFTİN QİYMƏTİNƏ YALNIZ 3 NƏFƏR NƏZARƏT EDİR! –
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
Günün xəbəri

Turkmənbaşi İlham Əliyevin Aşqabad səfəri ilə bağlı tapşırıq verdi-"Hazırlıq işləri ən yüksək səviyyədə təmin olunsun!"

 

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gedəcək.

 Yenixeber.org: "Turkmenportal” nəşri bildirir ki, səfərə hazırlıq barədə hökumətin iclasında Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Mərədov məlumat verib.

Türkmənistanın Dövlət İnformasiya Agentliyi  bildirir ki, danışıqların yekununda ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı bir sıra mühüm sənədlərin imzalanacağı gözlənilir.

Prezident Qurbanqulu Berdıməhəmmədov qeyd edib ki, dostluq əlaqələri yeni mərhələyə qədəm basmış Türkmənistan və Azərbaycanın əməkdaşlıq üçün böyük perspektivləri var.

Q.Berdıməhəmmədov qarşıdan gələn görüşün iki ölkənin münasibətlərində yeni mərhələ açacağına əmin olduğunu bəyan edərək, Rəşid Mərədova Azərbaycan Prezidentini qarşılamaq üçün hazırlıq işlərini yüksək səviyyədə qurmağı tapşırıb.

Qeyd edək ki, Azərbaycan və Türkmənistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?