Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Kaşoqi cinayəti Ankara ilə Paris arasında qalmaqala səbəb oldu

 

Kaşoqi cinayəti Ankara ilə Paris arasında qalmaqala səbəb oldu
Səudiyyəli jurnalist Camal Kaşoqinin qətli ilə bağlı Fransa xarici işlər naziri Jan-Iv Lö Drianın açıqlaması Türkiyənin etirazına səbəb olub.
 Yenixeber.org: Fransanın XİN rəhbəri Kaşoqi cinayətinə dair səs yazılarının onlara təqdim olunmadığını, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi oyun oynadığını deyib. Onun bu fikirləri Ankarada etiraz doğurub.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu dərhal həmkarına cavab verib. Bildirib ki, fransalı nazir artıq həddini aşıb.

"Prezidentlə necə danışmağı bilməlidir. O, öz liderləri ilə cənab Ərdoğanı qarışdırmasın", - deyə Çavuşoğlu həmkarını yalanlayıb:

"Deyə bilərlər ki, bizim bundan xəbərimiz yoxdur. Ancaq bizim kəşfiyyat xidmətinin əməkdaşları cinayətlə bağlı əldə edilən məlumatları fransalı həmkarının tələbə ilə onlara veriblər. Prezidentin siyasi oyun oynamaqda ittiham edilməsi tərbiyyəsizlikdir. Bunlar yaxın zamanlarda Kaşoqi cinayətini inkar etsələr təəccüblənmərəm".

Qeyd edək ki, Fransadan fərqli olaraq Almaniya və Kanada Kaşoqi cinayəti ilə bağlı səs yazılarının Türkiyə tərəfindən onlara təqdim olunduğu etiraf edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam