Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Yeni xəbər kanalı yayıma başlayır -Test

 

Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı - ARB 24 bu gün daxili test yayımına çıxacaq”.

Yenixeber.org: Bunu ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.

O bildirib ki, xüsusi ekspert qrupu bir həftə ərzində televiziyanı daxili test yayımında izləyəcək, yekun rəydən sonra telekanal fəaliyyətə başlayacaq.

İ.Həsənov qeyd edib ki, ekspert qrupunun tərkibinə yerli və xarici mütəxəssislər daxildir: “Bütün səylərimiz izləyicilərimizə daha dolğun bir məzmunda verlişlər təqdim etməyə hesablanıb. Gələn həftə ərzində tamaşaçılar telekanalı açıq yayımda izləyə biləcəklər”.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi Türkel TV MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam