Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cahangir Hacıyevin vəkilinin fəaliyyəti dayandırıldı

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin oktyabrın 29-da keçirilən iclasında fəaliyyəti müvəqqəti dayandırılan iki vəkildən birinin kimliyi bəlli olub.

Yenixeber.org: Onlardan biri vəkil Aqil Layıcovdur. A.Layıcov hazırda həbsdə olan "Azərbaycan Beynəlxalq Bankı"nın keçmiş sədri Cahangir Hacıyevin hüquqlarını müdafiə edir.

Kollegiyanın yanvarın 22-də keçirilən iclasında A.Layıcova töhmət verilmişdi. Həmin iclasda C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyevin fəaliyyəti 1 illik dayandırılmışdı. Bu dəfə isə A.Layıcovun fəaliyyəti 6 aylıq dayandırılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mənimsəmədə təqsirləndirilən və 15 il müddətinə azadlıqdan məhrum edilən Cahangir Hacıyevlə bağlı yeni cinayət işi başlanılıb. Hazırda istintaq tamamlanlb və C.Hacıyev materiallarla tanış olur. Yaxın vaxtlarda işin məhkəməyə göndəriləcəyi gözlənilir.

C.Hacıyev bu dəfə bankın Moskva filialındakı yeyintilərə görə ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam