Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Qaşıqçı cinayətini idarə edənin kimliyi MƏLUM OLDU - ŞOK DETALLAR

Qaşıqçı cinayətini idarə edənin kimliyi MƏLUM OLDU - ŞOK DETALLAR

Camal Qaşıqçı cinayətini kimin sifariş verməsi ilə bağlı yeni iddialar gündəmə gəlib.

Yenixeber.org:  “The Wall Street Journal” qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın ən yaxın adamlarından biri, mətbuat müşaviri Saud əl-Kahtani sui-qəsd qrupunu İstanbula göndərib.

Qəzet bu məlumatı Səudiyyə Kral ailəsindən bəzi şəxslər, hökümət müşavirləri, rəsmi şəxslərə əsasən yaydığını bildirib.

Saud əl-Kahtaninin bu cinayətdə rolunun olması ehtimalı vəliəhd şahzadənin Qaşıqçının qətli ilə bağlılığını bir daha təsdiqləyir.

Xəbərə görə, Şahzadə Məhəmməd bir tərəfdən ölkəsində ictimai islahatlar apararkən, onun mətbuat müşaviri Kahtani müxalif nümayəndələrə qarşı mübarizə aparıb. Onun radarına düşənlərdən biri də Qaşıqçı olub. O, əvvəlcə Qaşıqçını vədlərlə aldadıb Səudiyyə Ərəbistana geri qayıtmasına çalışıb. Hətta jurnalistə vəliəhd şahzadənin onun redaktorluğuna dəyər verdiyi mesajını göndərib. Lakin Qaşıqçının geri qayıtmadığını görən hökümət onun oğlu Salihə ölkədən çıxmaq qadağası qoyub, bundan sonra isə İstanbuldakı konsulluqda cinayəti planlayıblar.

Qaynaqlara görə, Qaşıqçını Konsulluğa çağıran şəxs daim Kahtani ilə əlaqədə olub. Şahzadə Salmanın ən çox etibar etdiyi kəşfiyyat şefi Əhməd Əl-Əsiri Kahtanidən aldığı əmrlərə görə sui-qəsd qrupunu da toplayıb.

Hər iki şəxs istintaqa cəlb edilsə də, heç biri həbs edilməyib.

Məlumata görə, Kahtaninin mətbuat üzərində güclü nəzarəti var. O hətta sosial mediada yazılanlara nəzarət edilməsi üçün 3 min nəfərlik heyət qurub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam