Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Paşinyan İranla sərhədi bağlayır? –Naşı oyun

Paşinyanın yarıtmaz siyasətinin arxasında onun səriştəsizliyi və təcrübəsizliyi durur. Bu da təbii ki, avtomatik olaraq ölkənin xarici siyasətinə sirayət edir.

Yenixeber.org: Bu sözləri politoloq Tofiq Abbasov deyib.

“Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistan hazırda böyük maliyyə sıxıntıları içərisindədir. Buna görə də Paşinyan son zamanlar dünyanın diqqətini Ermənistana cəlb etməyə çalışır. Ancaq Avropa İttifaqına və digər ölkələrə müraciət edən Nikolun bütün ümidləri demək olar ki, puç olub. Paşinyanın bu yarıtmaz siyasətinin arxasında onun səriştəsizliyi və təcrübəsizliyi durur. Əslində, Nikol bununla zəifliyini bir daha ortaya qoyur”, - politoloq bildirib.

T.Abbasov qeyd edib ki, Paşinyanın xarici siyasəti çox kövrək bir vəziyyətdədir:

“Əgər Paşinyan Ermənistan dövlətinin və xalqının müqəddaratını öz üzərinə götürübsə, onda ən ağır məqamda belə düzgün qərar qəbul etməyi bacarmalıdır. Ermənistan xüsusilə də indiki zamanda qonşu və xarici dövlətlərlə dinc münasibətlər saxlamalıdır. Ancaq Ermənistan Türkiyə, Azərbaycanla yanaşı, İran və Gürcüstana qarşı da ərazi iddialarını və aqressiv tonunu dəyişmir. Əslində, Gürcüstan buna prinsipial əhəmiyyət vermir. Tehran da anlayır ki, Ermənistanın İranla bağlı iddialı yanaşması qeyri-ciddi məsələdir. Bu baxımdan da Paşinyanın İran və Gürcüstanla sərhədlərin bağlanmasına dair bəyanatını ciddi qəbul etmək olmaz”.

Politoloq bildirib ki, Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərinin bağlı olmasının səbəbləri hamıya aydın olduğu halda, analoji addımın Gürcüstanla bağlı da atılması ehtimalı heç bir məntiqə söykənmir:

“Ümumiyyətlə, Paşinyanın sözügedən bəyanatının Boltonun Ermənistana səfəri ilə bağlılığını və bu fonda Rusiya -İran münasibətlərinin fiziki cəhətdən sıfıra endirilməsi ehtimalını istisna edirəm”.

Qeyd edək ki, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan geosiyasi vəziyyət səbəbindən İran və Gürcüstanla sərhədlərin bağlanması ehtimalını istisna etməyib.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam