Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Prezident tütünlə bağlı qanuna dəyişiklikliyi imzalayıb

 

Prezident tütünlə bağlı qanuna dəyişiklikliyi imzalayıb
Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
 Yenixeber.org: Bu, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsi qadağasının konkretləşdirilməsi ilə bağlıdır.

Qanunun 13-cü (Yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışının və onların tütündən istifadə etməsinin qadağan olunması) maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır.

Dəyişikliklə isə daha konkret - yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağan edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam