Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Səudiyyə prokuroru Kaşoqinin öldürüldüyü yerə baxış keçirəcək

 

Səudiyyə prokuroru Kaşoqinin öldürüldüyü yerə baxış keçirəcək
Səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin qətli ilə əlaqədar araşdırma aparmaq üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib bu gün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedərək cinayət yerinə baxış keçirəcək.
Yenixeber.org: Türkiyə mediası xəbər verir ki, əl-Muacib Kaşoqinin ölümü ilə bağlı Ər-Riyadın açdığı cinayət işi çərçivəsində aparılan istintaq üçün sübutlar toplamaq niyyətindədir.

Qeyd edək ki, bundan əvvəl türkiyəli həmkarı İrfan Fidanla 1 saat 15 dəqiqəlik görüşdə əl-Muacib Kaşoqi cinayəti ilə bağlı Ankaranın əldə etdiyi bütün dəlillərin Səudiyyəyə təqdim olunmasını israrla tələb etməsinə rəğmən, rədd cavabı alıb. Türkiyə rəsmiləri istintaqın İstanbul prokurorluğu tərəfindən aparılmalı olduğunu bildiriblər.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr isə cavab olaraq bildirib ki, həmin şəxslər Türkiyəyə təhvil verilməyəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam