Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Telekanala xəbərdarlıq edildi


 

Milli Televiziya və Radio Şurası “Space” telekanalına xəbərdarlıq edib.

"Xeberinfo.com": Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “Space Müstəqil Teleradio Şirkəti” tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib. “Space Müstəqil Teleradio Şirkəti” tərəfindən 22 noyabr 2014-cü il tarixdə saat 20:30-da efirə gedən “Hər həftə” xəbərlər-informasiya proqramının yayımı zamanı (saat 20:41) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.1-ci bəndinin, həmçinin 17-26 noyabr 2014-cü il tarixlərdə “Televiziya və radio yayımı haqqında” Qanunun 35.5, 35.7-ci maddələrinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq “Space Müstəqil Teleradio Şirkəti”nə xəbərdarlıq elan edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam