Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

 

tqdk_bili qiymetlendirilir

 

 

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) qəbul imtahanlarında iştirak edəcək abituriyentlərə müraciət edib.

    "Xeberinfo.com":TQDK-dan verilən məlumata görə, 11 illik bazadan kolleclərə və ali məktəblərə qəbulla bağlı bəzi əlavə məlumatlar açıqlanıb. Bildirilib ki, 11 illik bazada kolleclərə (texnikumlara) qəbul olmaq istəyən və orta məktəbi 2015-ci ildə bitirən abituriyentlər buraxılış imtahanının nəticələrinə əsasən müsabiqədə iştirak edə bilərlər.

Orta məktəbi əvvəlki illərdə bitirən və yalnız kolleclərin müsabiqəsində iştirak etmək istəyən şəxslər də eksternat qaydada buraxılış imtahanında iştirak edə və buraxılış imtahanının nəticələrinə əsasən kolleclərin müsabiqəsində iştirak edə bilərlər.

Ancaq həm ali təhsil müəssisələrinin, həm də kolleclərin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı ərizə verib müvafiq ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında iştirak etməlidirlər. Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan olunduqdan sonra həmin abituriyentlər kolleclərin müsabiqəsində iştirak edə bilərlər.

Bu haqda daha ətraflı məlumat “Abituriyent” jurnalının gələn ilin əvvəllərində nəşr olunacaq 1-ci sayında dərc olunacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam