Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev Həştərxanda işgüzar səfərdədir

  Yenixeber.org: Cari ilin 22-23 oktyabr tarixlərində Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun dəvəti ilə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxanda işgüzar səfərdədir.

İlk öncə A.Fərzəliyev Həştərxanda Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuş, Ümummilli liderin xatirəsini dərin ehtiramla yad etdikdən sonra, abidənin yerləşdiyi park ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında iştirak etmişdir.

Daha sonra S.Morozovla baş tutan görüşdə vilayət və Respublikamız arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılmış, Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunmuş, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr, qarşılıqlı əməkdaşlıq, münasibətlərin inkişaf istiqamətləri və barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

Həmçinin görüşdə Bakıda inşa olunan Həştərxan İş Mərkəzinin tikintisi məsələsi və bundan əlavə, Həştərxan şəhərində tikintisi nəzərdə tutulan yeni Azərbaycan məhsullarının nümayişi və satışı həyata keçiriləcək Ticarət Evinin inşası müzakirə olunmuşdur.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam