Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kral ailəsi Kaşoqinin oğluna başsağlığı verdi

    

Kral ailəsi Kaşoqinin oğluna başsağlığı verdi
Səudiyyə Ərbistanının kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman Türkiyədə öldürülən səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin ailəsinə zəng edərək başsağlığı verib. 
 Yenixeber.org: Bu barədə Səudiyyənin “SPA” agentliyi mləumat yayıb.
Qeyd olunur ki, kral ailəsi Kaşoqinin oğlu Salahla telefon əlaqəsi saxlayıb. Həm kral Salman bin Əbdüləziz, həm də vəliəhd şahzadə Məhəmməd bin Salman Salahla söhbətdə jurnalistin ölümündən dolayı onların ailəsinə və yaxınlarına başsağlığı verərək, kədərlərini bölüşdüklərini bildiriblər. 



Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib. 18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam