Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bu günə gözlənilən hava proqnozu

    

 
Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hava Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək.

Lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17°, gündüz 21-24° təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasının bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° olacaq.

Yuxarı Qarabağ: Xankəndi, ŞuşaXocalıXocavəndQubadlı, ZəngilanLaçınKəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 15-20° isti təşkil edəcək.

Qazax, Gəncə, GoranboyTərtərAğdamFüzuliCəbrayıl rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 20-25° isti olacaq.

BalakənZaqatalaQaxŞəkiOğuzQəbələİsmayıllıAğsuŞamaxıSiyəzənŞabranXızıQubaXaçmazQusar rayonlarında əsasən yağmursuz hava şəraiti mövcud olacaq. Səhər ayrı-ayrı yerlərdə duman, çiskin gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13°, gündüz 19-24° isti, dağlarda gecə 4-9°, gündüz 13-18° isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, YevlaxGöyçayAğdaşKürdəmirİmişliAğcabədiBeyləqanSabirabadBiləsuvarSaatlı, Şirvan, HacıqabulSalyanNeftçala rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin günün birinci yarısında bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 21-26° isti olacaq.

MasallıYardımlıLerikLənkəranAstara rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Səhər dağlarda duman gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-15°, gündüz 21-24° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti təşkil edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam