Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mirqafar Seyidov rəisi işdən çıxardı



      Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) yeni rəisi ilk təyinatlarını edib. 

    "Xeberinfo.com": AzNews.az apa-ya istinadən xəbər verir ki, idarənin rəisi, polis general-mayoru Mirqafar Seyidovun imzaladığı müvafiq əmrlə BŞBPİ-nin təchizat şöbəsinin rəisi Neyman Səlimov tutduğu vəzifədən azad edilib. Onun yerinə polis polkovnik-leytenantı Fikrət Məmmədov təyinat alıb.

     Təchizat şöbəsinin sabiq rəisi N.Səlimov isə Kriminalistik Tədqiqatlar şöbəsinə əməliyyatçı təyin olunub.

    Qeyd edək ki, bir müddət əvvəl daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlərlə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov tutduğu vəzifədən azad edilərək Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu vəzifədən azad olunaraq, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin edilib. Qubanın polis rəisi Seyfulla Əzimov isə Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam