Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Avropa İttifaqı Səudiyyə Ərəbistanını hədələyib

 

 

"Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanından jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı istintaqın tam şəffaf şəkildə aparılmasını gözləyir. Əks təqdirdə, bu ölkəyə qarşı məhdudlaşdırıcı tədbirlər görüləcəyini istisna etmir".

Yenixeber.org: TASS xəbər verir ki, bunu Avstriya Kansleri Sebastian Kurtz Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünün ikinci gününün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. 

“Sanksiya məsələsi gündəmdə olmadığından bununla bağlı müzakirə aparmadıq. Lakin sizə dəqiq deyirəm ki, Aİ tərəfindən bu məsələ ilə bağlı cavab tədbirlərinin (Səudiyyə Ərəbistanına qarşı – red.) atılması mümkündür” – Kansler deyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam