Redaktor seçimi
Bir karyeranın sirri –
SOCAR-da yoxlamalar Mikayıl İsmayılovu bitirə bilər-
ÖLÜM TUNELİ - 2019:  
Mehdi Səlimzadəyə qohumbazlıq ittihamı:
İşsiz müəllim yardım istəyir-
Qardaşı Qorxmaz Hüseynovun nüfuzundan belə yararlanır-
Lütvəli Babayev şəhid ailəsini təhqir edir-
MAFİOZ, XEYRİYYƏÇİ, YOXSA SİYASİ OYUNBAZ?! –
Günün xəbəri

AZƏRBAYCANIN SABİQ NAZİRİNİN KÜRƏKƏNİ BELƏ GÜLLƏLƏNDİ -VİDEO

1539864582_uni

Xəbər verdiyimiz kimi, Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma olub.  İş adamı İstanbulda lüks avtomobili ilə hərəkət edərkən naməlum şəxslər tərəfindən güllə atəşinə tutulub.
Yenixeber.org: Atəş nəticəsində 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən A.Ç və M.A.M saxlanılıb. Onlar 1 tapança və 2 ov tüfəngi ilə saat 04.00 sıralarında tutulub.
Hadisənin törədilməsi anı kameralara əks olunub.


Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə Çırağan Sarayında evlənib. Azərbaycan Respublikası Prezidentinin Müvəkkili Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilib. O, həmçinin kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Respublikanın əməkdar aqronomu, iqtisad elmləri doktoru, Dövlət mükafatı laureatı, ölkədə aqrar sənaye sahəsində və kənd təsərrüfatının inkişafında böyük xidmətləri olan əmək veteranıdır.

İnam Kərimov Kənd Təsərrüfatı Naziri vəzifəsinə təyin edildikdən sonra onun xahişi ilə təcrübəsindən yararlanmaq qərarı verib. 87 yaşlı Musa Məmmədov hazırda nazirlikdə bitkiçilik və pambıqçılıq sahəsində mütəxəssis kimi çalışır.

Türkiyədə kürəkəni güllələnən Musa Məmmədovu
Türkiyədə kürəkəni güllələnən Musa Məmmədovu

Yaxınlarının Unikal.org-a verdiyi məlumata görə, son on ildə Musa Məmmədov iki oğlunu itirib. Bir qızı isə Türkiyədə ailəlidir. Musa Məmmədov müalicələri üçün mütəmadi olaraq Türkiyəyə gedir. Hazırki hadisədən isə xəbəri yoxdur.mms6

1539851877_5bc84354ac5ca_musa

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?


     
     

Ən çox oxunanlar