Yenixeber.org: Sputnik Azərbaycan Türkiyə mediasına istinadla xəbər verir ki, min hektara yaxın ərazidə qurulan cihaz 12 km hündürlüyə qaz püskürərək suyun kristallaşmasının qarşısını alır və onun yağış şəklində yerə tökülməsi təmin edir.

Vanda hazırlanan doluya qarşı cihaz istehsal ediləndən sonra ilk olaraq Azərbaycana ixrac edilib. İŞGEM İdarə Heyətinin sədri Mahmut Gedik bu barədə açıqlama verib.

“Biz demişdik ki, ixrac üçün nəzərdə tutulan bütün məhsullarımızda müasir texnologiyaların tətbiq edildiyi, yenilikçi ideyalara yer verəcəyik. Biz burada bir ilkə də imza atdıq. Türkiyədə olmayan, ilk dəfə Vanda düzəldilən dolunun qarşısını alma aparatını Van İŞGEM-də istehsal etməyə başladıq” — deyə M.Gedik bildirib.

“Bir ixtiraçı bizə müraciət etmişdi. Ona yer və imkan verdik. Bu cihazı yaratmağı bacardılar. İlk məhsulumuzu Azərbaycana ixrac etdik. İkinci aparatı da Yozqatdakı Türkiyənin ən böyük meyvə bağçasına göndərəcəyik” — o, əlavə edib.

Mövsümlərin dəyişdiyini deyən Gedik, son dövrlərdə dolunun kənd təsərrüfatlarına və istehsalçılara ciddi zərər vurduğunu qeyd edib. O, istehsalına başladıqları bu yeni cihazın dolunun qarşısını alacağını bildiirb.

“Bu cihaz qurulduğu min hektara yaxın ərazidə dolunun yağmasının qarşısını alır. Onun sağlımlığa və ətraf mühitə heç bir zərəri yoxdur. Bu cihazın analoqları əvvəllər Türkiyəyə idxal edilib. Lakin son zamanlar bu proses dayandırılıb. Vanda istehsal olunur və xaricə ixrac edilir. Biz bu cihaz sayəsində kəndlilərin zərər görməsinin qarşısını alacağıq” — deyə İŞGEM-in rəhbəri bildirib.

Qeyd edək ki, bu, raketə bənzəyən bir cihazdır. Lakin raketdən fərqli olaraq mərmi deyil, qaz püskürür. Həmin qaz təzyiq nəticəsində dolu buludlarını əridədərək onları yağışa döndərir. Yerə ziyanverici buz parçaları — dolu əvəzinə faydalı yağış suyu yağır.

Xatırladaq ki, sovet dövründə Azərbaycanın bir sıra kənd təsərrüfatı sahələrinə bulud dağıdan toplar quraşdırılmışdı. Hava buludlu olanda, ondan bulud topasını dağıtmaq üçün istifadə edilirdi. Top mərmisi buluda buraxılır və onu parçalayırdı. Bu isə həmin əraziyə arzuedilməz yağışın yağmasının qarşısını alır.