Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezident ABŞ rəsmiləri ilə Qarabağı müzakirə etdi- Yenilənib

 

Prezident ABŞ rəsmiləri ilə Qarabağı müzakirə etdi - Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin yeni təyin olunmuş müavini Corc Kenti qəbul edib.
Yenixeber.org: xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Dövlətimizin başçısı ABŞ PrezidentiDonald Trampın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərdiyi məktublarda Azərbaycan-ABŞ münasibətləri ilə əlaqədar ifadə etdiyi fikirlərə və xoş sözlərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı təhlükəsizlik sahəsində əməkdaşlığa toxunuldu, ölkəmizin Əfqanıstanda sülhməramlı əməliyyatlara töhfəsi və ikitərəfli əsasda Əfqanıstan hökumətinə verdiyi dəstək yüksək qiymətləndirildi.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə olundu, enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi, ABŞ-ın “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi dəstək xüsusi qeyd olundu.

Söhbət zamanı, həmçinin qeyri-neft sektoru, o cümlədən ticarət, informasiya texnologiyaları, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıldı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam