Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bu gündən Bakıda bal yarmarkası keçiriləcək

    

 
Bu gün Bakıda arıçılıq məhsullarının sərgi-satış yarmarkası açılacaq.
 Yenixeber.org:Yarmarka oktyabrın 28-dək davam edəcək.

Bu il yarmarkada iştirak etmək üçün Dövlət Aqrar İnkişaf Mərkzələrinə 371 müraciət daxil olub. Arıçılar yarmarkaya 150 ton süzmə bal çıxarmağı planlaşdırır. Yarmarkaya gətirilən balın 5 tonu çərçivə halındadır. Daha çox arı məhsulları Astaradan və Aran iqtisadi rayonundan daxil olub. 

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, sərgi-yarmarkaya çıxarılan bal məhsulları ciddi şəkildə müvafiq standartlara uyğun ekspertizadan keçirilib. Belə ki, yarmarkaya daxil olan məhsullar məxfi şəkildə kodlaşdırılıb, agentliyin əməkdaşları tərəfindən nümunələr götürülüb. 3974 bal nümunəsi ekspertizadan keçirilib, təqribən 900 nümunənin keyfiyyətsiz olduğunun aşkar edilib. Nəticədə 30 tona yaxın keyfiyyətsiz hesab edilən bal məhsulları xüsusi anbara yığılaraq satışdan çıxarılıb.

Qeyd edək ki, arıçılıq məhsullarının sərgi-satış yarmarkası oktyabrın 5-dən 28-dək Bakışəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti, 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) keçiriləcək.

Yarmarka bu gün saat 15:00-da açılacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam