Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bugünkü mitinqlə bağlı rəsmi məlumat

    

Bugünkü mitinqlə bağlı rəsmi məlumat
Bu gün bir sıra siyasi partiya və ictimai birlik rəhbərlərinin yaratdığı Qarabağ Komitəsi “Qarabağa azadlıq!” şüarı ilə Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
 Yenixeber.org: Bununla bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) rəsmi açıqlama yayıb. 

Bildirilib ki, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Qarabağ Azadlıq Təşkilatı, Azərbaycan Xalq Partiyası, Klassik Xalq Cəbhəsi, Ümid, Milli Demokrat, Azərbaycan Liberal Demokrat, Gələcək Azərbaycan, Vətəndaş və İnkişaf, Vətəndaş Həmrəyliyi partiyaları, Ağ Partiyası, eləcə də Müsavat və Azərbaycan Xalq Cəbhəsi partiyalarının üzvləri, qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2000 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

Bu zaman ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam