Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Məmmədyarov "Komandir xaçı ləyaqət ordeni" ilə təltif olunub

 

Məmmədyarov "Komandir xaçı ləyaqət ordeni" ilə təltif olunub
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Yenixeber.org: XİN-dən  verilən məlumata görə, görüş sentyabrın 27-də ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.

Nazirlər ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən iqtisadi və ticarət münasibətlərini müzakirə edib, regional enerji və nəqliyyat layihələri üzrə fikir mübadiləsi aparıb.Görüş zamanı xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan və Macarıstan arasında münasibətlərin inkişafına verdiyi töhfəyə görə Macarıstan Respublikasının "Komandir xaçı ləyaqət ordeni" ilə təltif olunub. Mükafatı azərbaycanlı həmkarına təqdim edən xarici işlər naziri Peter Siyarto ikitərəfli münasibətlərin inkişafına verdiyi dəyərli töhfəyə görə E.Məmmədyarova təşəkkürünü bildirib və ikitərəfli əlaqələrin, xüsusilə də iqtisadi və enerji sahələrində əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. E.Məmmədyarov macarıstanlı həmkarına mükafata görə təşəkkür edərək bunu Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün həvəsləndirici amil kimi dəyərləndirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam