Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Gömrükdə hələ də qaçaqmalçılıq müşahidə edilir" -Baş İdarə rəisi

 

"Gömrükdə hələ də qaçaqmalçılıq müşahidə edilir" - Baş İdarə rəisi
"Dövlət Gömrük Komitəsinin strukturlarının Avropa standartlarına uyğunlaşdırılması, şəxslərə yeni idarəetmə prinsipləri ilə gömrük xidmətinin göstərilməsi ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Aparılan genişmiqyaslı struktur islahatları, davamlı olaraq vəzifələrə daha bacarıqlı, mütərəqqi intellektə və biliyə malik peşəkar kadrların təyinatı idarəetmənin çevikliyi, eyni zamanda, hüquqi və fiziki şəxslərlə ünsiyyətdə gömrük xidmətinin operativliyini, bu xidmətdən yararlananların məmnunluğunu təmin edəcək".
 Yenixeber.org: Bunu Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov deyib.

İdarə rəisinin fikrincə, 2019-cu ilin yanvar ayından qısa idxal bəyyanaməsi əsasında ölkə ərazisinə idxal olunan malların ilkin qeydiyyatının və risklərin aparılması planlaşdırılır ki, bu da sərhəddə vaxt itkisinin minimuma endirilməsinə gətirib çıxaracaq.

Ş.Ələsgərovun sözlərinə görə, xarici ticarətlə məşğul olan şəxslər arasında aparılan davamlı maarifləndirmə işinə baxmayaraq, hələ də qaçaqmalçılıq və ya qanunsuz yollarla ölkə ərazisinə mal keçirilməsinə dair çoxsaylı cəhdlər, eləcə də idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı saxta sənədlərin təqdim olunması halları müşahidə edilir.

O, əlavə edib ki, bu kimi halların qarşısının alınması məqsədilə artıq müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam