Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Küçədə qalan əlil nazirliyin yardımından imtina edib

    

Küçədə qalan əlil nazirliyin yardımından imtina edib
Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr. 129 ünvanında qeydiyyatda olan I qrup əlil Kifayət Hüseynovanın “Space” Teleradio Şirkəti yaxınlığnda küçədə qalması ilə bağlı yayılan məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılıb.
 Yenixeber.org: Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat yayıb.

Bildirilib ki, nazirlik əməkdaşları Kifayət Hüseynova ilə görüşüblər. Vətəndaşa qanunvericiliyə uyğun olaraq sosial təminatla bağlı nəzərdə tutulan hüquqlardan istifadə təklif olunsa da, o bunlardan imtina edib. Kifayət Hüseynova şəxsi yaşayış yeri ilə təmin olunmasını tələb edib. Ona bununla bağlı mövcud qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə müraciət etməyi tövsiyyə olunub.

"Qızı Aygün Hüseynova əmək qabiliyyətli olduğundan ona iş təklif olunub. Lakin anasına qulluq etdiyinə və azyaşlı övladı olduğuna görə işləyə bilməyəcəyini deyib. Soyuq havada küçədə ailənin qalmaması üçün nazirlik əməkdaşlarının təkidindən sonra Kifayət Hüseynova və ailəsi nazirliyin sosial sığınacağına yerləşdiriliblər. Sığınacaqda qadınlar üçün nəzərdə tutulan otaqlar 3-cü mərtəbədə olduğu üçün o, səhhəti ilə əlaqədar ora qalxa bilməyəcəyini əsas gətirib. Və binanın 1-ci mərtəbəsində görüş üçün nəzərdə tutulan yerdə müvəqqəti yerləşdirilib. Amma burda da qalmaq istəmədiyini bildirir.

Məlumat üçün bilidirim ki, Kifayət Hüseynova təkcə bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30 martda birdəfəlik maddi yardım, 14 iyunda Ramazan bayramı münasibəti ilə ərzaq yardımı, 29 iyulda Qubada istirahət mərkəzinə göndəriş, 15 avqustda Qurban bayramı münasibəti ilə ərzaq yardımı ilə təmin edilib. Kifayət Hüseynova sığınacaqda qalmaq istəmədiyini deyərək bacısıgilə gedib".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam