Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

AMEA-da yeni təyinatlar

 

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yeni kadr təyinatları həyata keçirilib.

"Xeberinfo.com": APA-nın xəbərinə görə, bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Qərara əsasən akademik Cavad Abdinov AMEA-nın Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika üzrə elmlər doktoru Ayaz Bayramov AMEA-nın Fizika İnstitutunun İnnovasiyalar və transfer üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Zaur Süleymanov AMEA-nın Fizika İnstitutunun elmi katibi təyin edilib.

Bundan əlavə, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasına yeni təyinatlar olub. Belə ki, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Elçin Babayev AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini (ictimai əsaslarla), Vaqif Xəlilov isə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi vəzifəsinə təyin olunub.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam